Bazar ertəsi axşam Moskvada İttifaqlar Evinin Sütunlu zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ölkənin Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib.
“Məlum olduğu kimi, Heydər Əliyev incəsənəti, musiqini çox sevib. Bu gün “Heydər Əliyevin sevimli əsərləri” adlı tədbirdə onun sevdiyi mahnılar səsləndiriləcək. Xüsusilə, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Sergey Rahmaninovun əsərləri, Azərbaycan xalq musiqisi səsləndiriləcək.
“Təsadüfi deyil ki, tədbir İttifaqlar Evinin Sütunlu zalında keçirilir. Heydər Əliyev bu zalı çox sevirdi. Moskvada məsul vəzifələrdə işlədiyi dövrdə o, məhz burada müxtəlif tədbirlərdə, incəsənət xadimlərinin yubileylərində iştirak edib, Azərbaycan və sovet musiqisinin korifeyləri ilə görüşlər keçirib”, - deyə səfir qeyd edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və RF Dövlət Dumasının sədri Sergey Narışkin konsertə toplaşanlara giriş sözü ilə müraciət edəcəklər.
Tədbir zamanı Rusiyanın görkəmli xadimlərinə Ümumrusiya Azərbaycan Konqresinin təsis etdiyi H.Əliyev adına mükafat təqdim olunacaq. İlk dəfə illik mükafatın təqdimatı ötən il keçirilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət