“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (Trans Adriatic Pipeline, TAP) vasitəsilə tədarükü Avropanın təbii qaza olan tələbatının 10%-ni təmin edəcək. Bu barədə cümə günü jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Toralf Pilts məlumat verib.
Cümə günü “Şahdəniz” konsorsiumu TAP qaz kəmərinin inşası layihəsini rəsmi olaraq “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın Avropaya ixrac marşrutu elan edib.
“Biz seçilən bütün marşrutları alqışlayırıq və “Şahdəniz” konsorsiumunun “Mərhələ-2” üzrə 2013-cü ilin sonunadək qəbul edilməsi gözlənilən maliyyə qərarını da alqışlayacağıq. Lakin “Cənub qaz dəhlizi” yalnız Avropanın təbii qaza olan tələbatının 10%-ni təmin edəcək 10 mlrd. kubmetr qazla məhdudlaşmayacaq”, - deyə T.Pilts vurğulayıb.
TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland məlumat verib ki, TAP qaz kəmərinin Yunanıstandakı hissəsinin tikintisi 2 mlrd. avro məbləğində investisiya tələb edəcək və işlərə 2 min nəfər cəlb olunacaq. Albaniyada bu rəqəmlər 1 mlrd. avro investisiya və 1 min nəfər təşkil edəcək.
“İtaliyada mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsinə külli miqdarda investisiya tələb olunacaq. İtaliya digər ölkələrlə çox yaxşı birləşib, ancaq hazırda qaz şimaldan cənuba nəql edilir. “Şahdəniz”dən nəql edilən qaz isə bu istiqaməti əks tərəfə dəyişəcək”, - deyə o əlavə edib.
“Biz həmçinin Adriatik və İoniya dənizlərinin Təşəbbüs Şurası çərçivəsində Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya və Monteneqro ilə fəal işləyirik. Düşünürəm ki, biz bu qazla həmin regionu birləşdirə biləcəyik”, - deyə müavin vurğulayıb.
Xəbər verildiyi kimi, “Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının ixracı üçün Trans-Adriatik qaz kəməri və “Nabucco West” boru kəməri layihələri arasında seçim edirdi.
Avstriyanın “OMV” şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir ki, “Şahdəniz” “Nabucco Gas Pipeline International GmbH”in səhmdarı kimi “OMV”yə Avropaya qaz nəqli üçün üstünlük verilən marşrutla bağlı qərarını bildirib. Konsorsium tərəfindən “Nabucco West” layihəsi seçilməyib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco West” layihəsi “Nabucco” boru kəmərinin qısaldılmış variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKOIL” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə nəzərdə tutulub. İllik hasilatın həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət