Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha dörd nəfərin prezidentliyə namizədliyi rəsmi olaraq qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından məlumat verir.
Çərşənbə günü MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin namizədliyini təsdiq edib.
Beləliklə, MSK bu günə qədər yeddi namizədi rəsmi olaraq qeydə alıb. Buna qədər prezident İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin və Milli Məclisin deputatı, Ana Vətən Partiyasının keçmiş sədr müavini Zahid Orucun namizədliyi qeydə alınıb.
MSK Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin namizədliyini qeydə almayıb. Qeyd edilib ki, onun nümayəndələri tərəfindən MSK-ya 44 mindən çox imza təqdim olunub. Yoxlama zamanı ilk 10 min imzanın 8 mindən çoxu etibarsız hesab olunub. Bununla əlaqədar qalan 36 min imzanın yoxlanılması prosesi dayandırılıb, belə ki, istənilən halda etibarlı imzaların sayı namizədliyin qeydə alınması üçün tələb olunan 40 min imzaya çata bilməzdi.
Azərbaycanda prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət