Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə günü Mərkəzi Seçki Komissiyasında (MSK) fəaliyyət göstərən 125 seçki darəsindəki veb-kameralara nəzarət mərkəzi ilə tanış olub.
“Seçicilərin seçki məntəqlərində səsvermə prosesini MSK-da quraşdırılmış veb- kameralara nəzarət sistemi vasitəsi ilə onlayn rejimdə izləmək mümkün olacaq”, - deyə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov MSK-da keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində seçki məntəqələrinin 20%-də veb-kameralar quraşdırılıb.
“Prezident seçkilərində səsvermə prosesi 5274 seçki məntəqəsində həyata keçiriləcək, onlardan 1 min məntəqədə veb-kameralar quraşdırılıb ki, onlar da seçki məntəqələrində baş verənləri onlayn rejimdə izləməyə imkan verəcək”,- deyə İ.Məmmədov vurğulayıb.
Nazir müavini deyib ki, ölkə prezidentinin sərəncamı ilə respublika ərazisində seçki məntəqələrində quraşdırılmış veb-kameraların sayı 500-dən 1 minə qədər artırılıb.
İ.Məmmədovun sözlərinə görə, prezident seçkiləri keçirildiyi vaxt RİTN və onun müxtəlif strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Daha sonra MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov MSK sədri Məzahir Pənahova və nazir Əli Abbasova rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə məlumat verib.
“Seçki məntəqələrində quraşdırılmış veb-kameralar seçicilərin səsvermə prosesini internetdə onlayn rejimdə yayımlamağa imkan verəcək və seçkilərin şəffaflığını təmin edəcək”, - deyə R.Gülməmmədov qeyd edib.
Azərbaycanda 5 mln. 144 min 937 nəfər səsvermə hüququna malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət