Xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq ictimaiyyəti BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsinə təkid etməyə çağırıb.
“Hazırda Ermənistanın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini - Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi Azərbaycanda insan hüquq və azadlıqlarına ciddi problem yaradır", - deyə E.Məmmədyarov bu gün İndoneziyada keçirilən Demokratik Forumda çıxışı zamanı bəyan edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir bildirib ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və bu məsələ bizim vətəndaşlarımızın iqtisadi rifahına, sağlamlığına və təhsilinə ciddi zərər vurur.
E.Məmmədyarov xatırladıb ki, Ermənistan 20 il bundan qabaq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və qoşunların Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməni hələ də yerinə yetirməyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin münaqişənin danışıqlar yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə təkid etməsi çox vacibdir.
Nazir qeyd edib ki, Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzv kimi ikiillik sədrliyi dövründə qlobal miqyasda sülh və sabitliyin qorunması prioritet məsələ olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət