Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Estoniya və Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. Bu barədə cümə günü XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və Aİ-Azərbaycan münasibətləri müzakirə edilib. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması yüksək qiymətləndirilib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqda həmkarlarına məlumat verib.
Bundan başqa, XİN başçısı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşüb.
Görüş zamanı nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar və iki ölkə prezidentlərinin son görüşü haqda qarşı tərəfə məlumat verib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha diqqətə çatdırılıb.
F.Lefort AB-nin münaqişənin həlli ilə əlaqədar tərəflərə dəstək verməyə hazır olduğunu və etimad tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun təşviq edilməsinin əhəmiyyətini qeyd edib.
E.Məmmədyarov isveçrəli həmkarı Didier Burxalter ilə də görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Didier Burxalter ölkəsinin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə təşkilatla Azərbaycan arasında əməkdaşlıq məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara dəstək verməyə hazır olduğunu bildirib.
Nazir E.Məmmədyarov münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyini həmkarının diqqətinə çatdırıb və sülh prosesində irəliləyişin əldə olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyini qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət