Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü əvvəlkilərə nisbətən daha ümidverici olub. Azərbaycanın dövlət başçısı İlham Əliyev belə hesab edir.
“Bu problem artıq uzun müddətdir öz həllini tapmır və mən münaqişənin nizamlanması məsələsində nikbin olmaq istəyirəm”,- deyə İ.Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə Brüsseldə keçirilən ikitərəfli görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bəyan edib.
“Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib”,- deyə dövlət başçısı bildirib.
İ.Əliyevin sözlərinə görə, Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşanıb.
“Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışır”,- deyə o qeyd edib.
Dövlət başçısı deyib ki, Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər.
“Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik”,- deyə İ.Əliyev vurğulayıb.
Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə 2013-cü il noyabrın 19-da görüşüblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət