Cümə axşamı Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“Sərgi ilə yanaşı, Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclasının keçirilməsi əlamətdar hadisədir və dünya birliyinin Azərbaycana marağını təsdiq edir”, - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində bildirib.
O deyib ki, DTT-nin baş katibi Taleb Rifai Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçısı turizm sahəsinin ölkə iqtisadiyyatının qeyri-neft sektorunun prioritet istiqaməti olduğunu bir daha qeyd edib.
Sərginin açılışında T.Rifai bildirib ki, prezidentlə görüş kifayət qədər məhsuldar olub. Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizaların verilməsi üzrə həyata keçirilən tədbirlər turist axınının artmasına təsir edən müsbət amildir. Ölkədə Avropa Olimpiya Oyunları, İslam Olimpiadası və digər bu kimi miqyaslı tədbirlərin keçirilməsi isə turizm ölkəsi imicini möhkəmləndirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət