2014-cü il martın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 667,9 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2014-cü il martın əvvəlinə vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 831,6 mln. manat (artım 4,9%) və ya bütün kreditlərin 5,3%-ni təşkil edir.
2014-cü il martın 1-nə dövlət payına malik olan bank tərəfindən 5 mlrd. 274,2 mln. manat (azalma 0,5%) və ya bütün kreditlərin 33,7%-i, özəl banklar tərəfindən 9 mlrd. 879,6 mln. manat (artım 2%) və ya bütün kreditlərin 63,1%-i səviyyəsində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Martın əvvəlinə kreditlərin ümumi həcmindən 11 mlrd. 291,8 mln. manat (artım 1,9%) milli valyuta, 4 mlrd. 376,1 mln. manat (artım 0,7%) xarici valyuta ilə verilmiş kreditlərin payına düşüb.
2014-cü il mart ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 240,5 mln. manat (bütün kreditlərin 14,3%-i) ticarət və xidmət sahələrinin, 285,5 mln. manat (1,8%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 734,2 mln. manat (4,7%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 56,7 mln. manat (13,1%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 mlrd. 801,5 mln. manat (11,5%) sənaye və istehsal sektorunun, 529,6 mln. manat (3,4%) nəqliyyat və rabitə sahələrinin, 6 mlrd. 431,4 mln. manat (41%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət