Azərbaycan və Rusiya miqrasiya sahəsində əməkdaşlığa dair saziş imzalamaq üçün danışıqlara başlamağa hazırdır. Belə bəyanatla Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev çıxış edib.
“Rusiya Federasiyası ilə miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş layihəsi imzalanmaq üçün hazırlanıb. Bizə daxil olan məlumata əsasən, Rusiya tərəfi bu məsələ ilə əlaqədar Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə danışıqlar aparmağa hazırdır. Yəqin ki, yaxın vaxtlarda bizim əməkdaşlarımız bu məsələlərin müzakirəsi məqsədi ilə Rusiyaya ezam ediləcəklər”, - deyə P.Musayev çərşənbə günü I Beynəlxalq Xəzər Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, DMX müxtəlif dövlətlərin müvafiq strukturları ilə əməkdaşlıq haqqında saziş bağlayıb.
P.Musayevin sözlərinə görə, 2013-cü ilin sonunda Azərbaycan Türkiyə ilə miqrasiya sahəsində əməkdaşlığa dair saziş imzalayıb.
“Bu gün DMX əcnəbilərin ölkəmizdə qalması ilə bağlı bütün məsələlərə tam nəzarət edir. Biz xaricilərin Azərbaycana gəlmə və respublikadan getmə vaxtı, onların ölkədə qaldıqları və işlədikləri yer barədə məlumatlara sahibik”,- deyə o vurğulayıb.
Rəis müavini bildirib ki, DMX həm ölkə daxilində miqrasiya proseslərinin idarəedilməsi məsələlərini tənzimləyir, həm də ölkə hüdudlarından kənarda Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi üzrə fəaliyyət göstərir.
P.Musayev ölkədə ötən ilə dair miqrasiya vəziyyəti haqqında statistik məlumatları diqqətə çatdırıb.
“2013-cü ildə DMX-yə 650 mindən çox müraciət daxil olub, onların hər birinə ayrı-ayrılıqda baxılıb və müvafiq cavablar verilib. İl ərzində 12 mindən çox xarici vətəndaşa respublikada əmək fəaliyyəti göstərmək, 50 mindən çox əcnəbiyə daimi və ya müvəqqəti yaşamaq hüququ verilib. 2013-cü ildə xarici vətəndaşlar tərəfindən miqrasiya rejiminin pozulması faktlarına baxmayaraq, 4 minə yaxın əcnəbinin Azərbaycanda yaşaması leqallaşdırılıb”,- deyə DMX-nin rəis müavini söyləyib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət