“Şərq tərəfdaşlığı” sammitində iştirak etmək məqsədi ilə Praqada olan Azərbaycan prezidenti İlham Əliyev bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İlham Əliyevlə Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti arasında keçirilən görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub . Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıbı, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib.
Söhbət zamanı Avropa İttifaqı ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyevin həmçinin Polşa Prezidenti Bronislav Komorovsklə görüşü olub Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb və bu əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Polşa Prezidenti Bronislav Komorovski dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib.
Azərbaycan Prezidenti İlham Əliyev Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulanıb. Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilib.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Azərbaycan Prezidenti İlham Əliyev Praqada Çexiya Prezidenti Miloş Zeman ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət