Hazırda güc amili beynəlxalq münasibətlərdə əsas yer tutduğuna görə Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün daha güclü olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Biz daha güclü olmalıyıq. Çünki əfsuslar olsun ki, hazırda gücün beynəlxalq münasibətlərdə əsas yer tutduğunun şahidi oluruq”, - deyə İ.Əliyev bazar ertəsi II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında bəyan edib.
Dövlət başçısı xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə, eləcə də digər beynəlxalq qurumlar çoxlu sayda qərar qəbul edib.
“Görünür, bu qərarların reallaşdırılması üçün mexanizm yoxdur. 1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri əmindir ki, bu, uzun müddət davam edə bilməz. Biz mütləq doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, 1 milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarına qayıtmaq imkanı əldə edəcək”, - deyə prezident vurğulayıb.
O qeyd edib ki, Dağlıq Qarabağ əhalisinin üçdə bir hissəsi azərbaycanlılardan ibarət olub, lakin onlar öz torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Dünyanın heç bir ölkəsi qondarma “Dağlıq Qarabağ Respublikası” kimi, bu qeyri-qanuni referendumun nəticələrini də tanımayıb. Ədalətin bərpa olunması üçün bunun kifayət olmadığını deyən dövlət başçısı Azərbaycanın güclənməsinin vacibliyini vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət