Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində ikili standarların tətbiq olunmasına təəssüf edir.
“Təəssüflə qeyd etmək istəyirəm ki, bu ifadəni işlətməkdən çəkinməyəcəm - biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsində ikili standarların tətbiq edilməsinə şahid olururq”,- deyə xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin cümə günü Bakıda keçirilən iclasında söyləyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi bütün regiona mənfi təsir göstərir.
“Biz bu gün BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş bəzi qətnamələrin bir gün ərzində icra edildiyini görürük, lakin 1993-cü ildə həmin təşkilat tərəfindən qəbul edilmiş Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə hələ də icra edilmir”,- deyə E.Məmmədyarov vurğulayıb.
Nazir deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi bir gün ərzində nizamlana bilməz, bununla əlaqədar olaraq problemin mərhələli şəkildə həllini nəzərdə tutan Madrid prinsipləri qəbul edilib
“İki xalqın yaxınlaşdırılması, onların arasında qarşılıqlı etimadın yaradılması, işğal edilmiş torpaqlarda infrastrukturun bərpa edilməsi üzrə adımlar atılmalıdır. Biz başqa cür yaşaya bilmərik. Lakin Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında yerləşməsi böyük təhlükə yaradır. Buna görə də “Madrid prinsipləri”ndə yer almış ən vacib bəndlərdən biri Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş 7 rayonundan çıxarılmasıdır. Bu rayonlarda əvvəllər bir nəfər də erməni yaşamayıb”,- deyə E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl olunması, eləcə də qaçqın və məcburi köçkülərin oz doğma yurdlarına qayıtması zəruriliyinə əsaslanmalıdır.
“İnfrastrukurun bərpası yalnız Ermənistan qoşunları işğal edilmiş torpaqlardan çıxarıldıqdan sonra mümkün ola bilər, çünki qoşunların yeddi rayonda qalması qıcıqlandırıcı elementdir. Ermənistan-Azərbaycan münaqişəsi dondurulmuş münaqişə deyil, çünki müntəzəm olaraq toqquşmalar müşahidə olunur”,- deyə Azərbaycan XİN başçısı vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət