Azərbaycanda yəhudilərə münasibət Avropa ölkələri üçün nümunə olmalıdır. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-ın müxtəlif şəhərlərində Azərbaycan və İsrailin diplomatik missiyalarının təşkil etdiyi tədbirlər proqramı çərçivəsində Nyu-Yorkda çıxışı zamanı bəyan edib.
“Son zamanlar bir çox ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində anti-semitizmin baş qaldırdığı bir vaxtda yəhudilərə qarşı Azərbaycandakı münasibət nəinki bir sıra müsəlman ölkələri, hətta Avropa ölkələri üçün nümunədir”, - deyə diplomat vurğulayıb.
Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfirliklərinin ABŞ-da birgə tədbirlər proqramı çərçivəsində keçirilən seminarda R.Harpaz qeyd edib ki, Azərbaycanda "sıfır anti-semitizm"in təzahürü var.
Diplomat vurğulayıb ki, Azərbaycanda müxtəlif xalqlar əsrlərdən bəri sülh və əmin-amanlıq içində yaşayıb.
Səfir iki ölkə arasında arasında tibb, su texnologiyaları, müdafiə və enerji sahələrində uğurlu əməkdaşlığın aparıldığını qeyd edib. O, qeyri-enerji sektorunda, xüsusilə yüksək texniologiyalar sahəsində əməkdaşlığın daha da artırılması üçün imkanlar olduğunu vurğulayıb. ABŞ-da Azərbaycan-İsrail tədbirlərinin təşəbbüsü və dəstəyi ilə keçirilmiş "Amerika Yəhudi Komitəsi"nin icraçı direktoru David Haris qeyd edib ki, Azərbaycan və İsrail arasında mövcud əlaqələr unikal haldır. Azərbaycanın ABŞ üçün olduqca önəmli və sadiq bir tərəfdaş kimi xarakterizə edən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət