Milli Məclis Avropa Parlamenti tərəfindən bu yaxınlarda ölkəmizin ünvanına tənqidi fikirlər əks olunmuş qətnamənin qəbul edilməsinə etiraz əlaməti olaraq bu quruma müraciət qəbul etməyə hazırlaşır.
“Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı qərəzli qərar qəbul edib, buna görə də ölkəmizə təzyiq kimi qiymətləndirilən bu addıma qarşı reaksiya göstərilməlidir”,- deyə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib.
Onun təklifi ilə parlamentdə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi ilə Avropa Parlamentinə müraciət hazırlayacaq xüsusi komissiya yaradılıb.
“Məlum olduğu kimi, Avropa Parlamenti heç bir əsas olmadan Azərbaycana qarşı növbəti dəfə qətnamə qəbul edilib”,- deyə O.Əsədov vurğulayıb.
O bildirib ki, Avropa Parlamentinin müntəzəm olaraq müəyyən beynəlxalq dairələrin təsiri altında Azərbaycana təzyiq göstərmək üçün müntəzəm olaraq qərəzli qərarlar qəbul etməsi qayda halını alıb. Onun sözlərinə görə, bu, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi artıq 4-cü belə sənəddir.
“Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin 750 deputatından 46-sı qətnamənin təşəbbüskarı olub. Təşəbbüskarlar Azərbaycanda olmayıblar və ölkəmiz barədə anlayışları yoxdur”, - deyə O.Əsədov qeyd edib. Spikerin sözlərinə görə, belə qərarlar Azərbaycana təzyiq göstərmək məqsədilə qəbul edilir.
“Bizim dövlət başçısı düzgün siyasət yürüdür və biz bu yoldan dönməyəcəyik. Milli Məclisin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Bundan başqa, bizim təşəbbüsümüzlə Avropa institutları ilə əlaqələrimizin inkişaf etdirilməsi məqsədilə Avronest Parlament Assambleyası yaradılıb”, - deyə o bildirib və qeyd edib ki, Azərbaycan Avronest PA-nın fəal üzvü olub.
“Lakin təəssüf ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək əvəzinə onlar bizim
müsbət təşəbbüslərimizi bir kənara qoyur və Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Bununla əlaqdar olaraq biz Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə mövqe bildirməliyik. Biz Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirib etdirməməklə bağlı qərar qəbul etməliyik”,- deyə spiker vurğulayıb.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, Yeni Azərbaycan Partiyasının üzvü, deputat Siyavuş Novruzov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərək, bu qurumu Azərbaycana qarşı ikili standartlar tətbiq etməkdə və qərəzli mövqe tutmaqda ittiham ediblər. Qeyd edilib ki, avropalı parlamentarilər Azərbaycan əleyhinə qərar və qətnamələr qəbul etməklə erməni lobbisinin alətinə çervrilir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət