Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Məşğulluq Agentliyinin (İŞKUR) mütəxəssisləri ilə birgə məşğulluq xidməti əməkdaşları üçün əmək bazarının öyrənilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, gənclər üçün məşğulluq xidmətləri üzrə ikigünlük təlim kursuna başlanılıb. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanla Türkiyə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq əlaqələrindən söz açıb. Nazir müavini bildirib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlıq həyata keçirilir.
Onun sözlərinə görə, hazırda təşkil olunan tədbir də İƏT ölkələrinin məşğulluq xidmətləri orqanları şəbəkəsinin (OİC PESNET) təşəbbüsü və dəstəyi ilə təşkil olunub. Həmin şəbəkə üzv ölkələr arasında məşğulluq xidmətləri arasında fəal təcrübə mübadilələrini dəstəkləyir.
Bu tədbirdə məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı sahəsində Türkiyənin təcrübəsi ilə tanış olmaq, eyni zamanda bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
R.Babayev
Əliyev: Azərbaycanın qonşu dövlətlərlə münasibətləri yaxşı balanslaşdırılıb
Əliyev Azərbaycanın Belarus, Moldova və Rumıniyadakı səfirərini dəyişib
Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi maneə görmür
Əliyev Azərbaycanın iqtisadi inkişafı ilə bağlı hər hansı bir risk görmədiyini bəyan edib
Əliyev: Avropada Azərbaycan qazına olan tələbat artmaqdadır
Əliyev: Azərbaycan 2024-cü ildə xarici borcu ÜDM-in 7%-dək azaltmağı planlaşdırır
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək