2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan əhalisinin bank əmanətləri üzrə faiz gəlirləri 450 mln. manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ildə pul-kredit siyasəti və maliyyə sabitliyinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.
“Hazırda Azərbaycanda hər 1 min nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətlərin həcmi 745 manat təşkil edir, fiziki şəxslərin bank hesablarının sayı 6,4 mln.-a çatıb”, - deyə bəyanatda qeyd edilir.
AMB-nin məlumatına görə, 2014-cü ilin 11 ayı ərzində əhalinin bank əmanətləri 10,8% artıb. Bununla belə, manatla olan əmanətlər 15%, regionlarda isə 12,4% artıb.
“Bank sektoru ilə münasibətədə əhali xalis kreditordur. Əhalinin əmanətlərinin həcmi əhaliyə verilən kreditlərin həcmindən 2,3 mlrd. manat çoxdur. 2014-cü ilin 11 ayı ərzində əhalinin bank əmanətləri üzrə faiz gəlirləri 450 mln. manat təşkil edib”, - deyə sənəddə vurğulanır.
1 dekabr 2014-cü il tarixinə bank əmanətləri üzrə orta dərəcə 9,4% təşkil edir, bu isə cari ilin əvvəlinə olan gpstəricidən 0,4 faiz bəndi aşağıdır.
AMB qeyd edir ki, son 5 il ərzində bank kreditləri üzrə dərəcələrin azalması tendensiyası müşahidə olunur. “Hazırda bank kreditləri üzrə orta dərəcə 14,3%, o cümlədən kommersiya kreditləri üzrə 10,8% təşkil edir”, - deyə bəyanatda vurğulanır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət