Bakı və Ankara arasında mövcud birlik bölgədə sabitliyin təminatçısıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi işinə yeni təkan verəcəyinə əminliyini bildirib.
İ.Əliyev söyləyib ki, Türkiyə-Azərbaycan əlaqələri xalqlarımız və region, eləcə də dünya üçün çox böyük əhəmiyyətə malikdir.
M.Çavuşoğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib.
Görüşdə Bakı-Tbilisi-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət