Erməni Apostol Kilsəsinin (EAK) Gürcüstan yeparxiyasının başçısı Vazgen Mirzəxanyanın Gürcüstan hökumətinin başçısına ünvanlanmış və ölkə ərazisində “erməni yeparxiyasından alınmış” yüzlərlə hektar ərazinin EAK-a qaytarılmasını xahiş edən məktubu Gürcüstanda söz-söhbətə səbəb olub.
Gürcüstandakı 400-dən çox kilsəyə qarşı iddia qaldırmaqla ermənilər həm gürcülərin dini-tarixi abidələrinə iddia edir, həm də açıq şəkildə bu ölkənin ərazi bütövlüyünü tanımadıqlarını bəyan edirlər. “Gürcüstan və dünya” qəzeti EAK-ın iddia etdiyi guya ermənilərə məxsus olan erməni kilsələrinin sayını təhlil edərək belə şərh yazıb.
Məqalədə ona diqqət yetirilir ki, ermənilər 442 erməni kilsəsinin qaytarılmasını tələb edirlər, baxmayaraq ki, 1995-ci ildə İrəvanda dərc edilmiş sorğu kitabında təsdiq olunub ki, Gürcüstanda 653 erməni kilsəsi və monastrı yerləşir.
“Bəs nə üçün ermənilər yalnız 442 kilsə tələb edir və qalan 211 kilsəni gürcülərə bağışlayırlar?”,- deyə məqalənin müəllifi sual edir.
“Aydın olub ki, bu kilsələr Abxaziya və Sxinvali regionu ərazisində yerləşir və EAK (daha dəqiq desək “Ermənistan dövləti”) bu məktubla Abxaziya və Tsxinvalini Gürcüstan ərazisi hesab etmir! Gürcüstan hökuməti isə mehriban qonşuluq prinsiplərini pozmayaraq bu həyasız iddialar qarşısında susmağa üstünlük verir”,- deyə məqalədə bildirilir.
Xəbər verildiyi kimi mart ayının əvvəlində bir sıra Gürcüstan KİV-lərində 2014-cü il dekabrın 10-da Gürcüstandakı EAK yeparxiyasının başçısı, yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə ünvanladığı məxfi məktubu dərc edilib. Məktubda Gürcüstan ərazisində yerləşən bir sıra kilsələrin EAK yeparxiyasına verilməsi xahiş olunur.
Bu məktub 2014-cü il dekabrın 12-də Gürcüstan baş nazirinin dəftərxanasında 42179 nömrəsi altında qeydə alınıb.
Məktubda xahiş olunur: “.... alınmış kilsə, monastr (fəaliyyətdə olan və olmayan) və onların dağıntılarının, eləcə də bu məbədlərin hazırda yerləşdiyi və bir zamanlar mövcud olduğu torpaq sahələrinin Müqəddəs Erməni Apostol Pravoslav Kilsəsinin mülkiyyətinə verilməsi xahiş olunur.
Əlavə olaraq 442 kilsə, monastr (fəaliyyətdə olan və olmayan), eləcə də Erməni Yeparxiyasından alınmış dağılmış məbədlərin siyahısını təqdim edirik”.
https://drive.google.com/folderview?id=0B7BEevnub_DNczc4RWtpcGVWTTg&usp=sharing
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət