Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesində yaranmış vəziyyəti mürəkkəb hesab edir.
“Bu məsələyə nikbin münasibətdən danışmaq çətindir. Vəziyyət mürəkkəbdir”, - deyə E.Məmmədyarov çərşənbə günü Bakıda Sudanın xarici işlər naziri Ali Ahmed Karti ilə ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bəyan edib.
O vurğulayıb ki, Ermənistan rəhbərliyinin prezident və XİN başçısı səviyyəsində son bəyanatları nümayiş etdirir ki, “Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə əvvəlki kimi qeyri-konstruktiv yanaşmaya əsaslanmağa davam edir, köhnə dəlillər gətirir və ola bilsin ki, daxili auditoriya üçün nəzərdə tutulan təcavüz ritorikadan istifadə edir”.
“Ümumilikdə isə deyə bilərəm ki, ATƏT-in Minsk Qrupu qısa zamanda miqyaslı sülh sazişi üzərində işə başlamaq niyyətində olduğunu bəyan edən Azərbaycanın mövqeyini dəstəkləyir”, - deyə E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, regiona son səfərləri zamanı vasitəçilər “qaçqınların qaytarılması məsələləri ilə məşğul olacaq” işçi qrupunun yaradılmasına dair təkliflə çıxış ediblər.
“Lakin bizdə olan məlumata görə, Ermənistan həmin təklifləri rədd edib və hətta işçi qrupun öz fəaliyyətini hansı plan əsasında quracağı barədə hər kəsə məlum olduğu halda belə, onun yaradılmasına qarşı çıxır. Təbii ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Rəsmi Bakının mövqeyi belədir və bu mövqeni həmsədrlər də dəstəkləyir”, - deyə XİN başçısı bəyan edib.
E.Məmmədyarov qeyd edib ki, işğalçı qoşunlar Azərbaycan ərazilərini nə qədər tez tərk etsələr, regionda sülh və sabitlik bir o qədər tez bərqərar olacaq.
“Yuxarıda qeyd olunanlara baxmayaraq, bütün bunlar daxili və xarici siyasətin inkişafına təsir etmir. Dünən Türkiyədə bütün region üçün mühüm layihə olan və Azərbaycanın milli maraqlarına uyğun olan TANAP (Trans-Anadolu qaz kəməri – İF-Az) layihəsinin təməlqoyma mərasimi keçirilib. Ermənistanın hər hansı qlobal regional layihəyə qoşulması məsələsinə gəlincə isə, arqumentlərimiz məlumdur. İlk növbədə İrəvan siyasətini dəyişdirməli, sülhə nail olmalı və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət