Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2015-ci ilin I rübündə 134 mln. 803 min 159,37 manat məbləğində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqqı yığımı 93 mln. 105 min 750,31 manat (artım 6,8% - İF-Az) təşkil edib. Bununla yanaşı, 2015-ci ilin yanvar-mart ayları ərzində həyat sığortası üzrə 21 mln. 375 min 192,66 manat (artım 2,6%), digər könüllü sığorta növləri üzrə 71 mln. 730 min 557,65 manat (artım 8,2%) sığorta haqqı əldə edilib.
Hesabat dövründə sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə sığorta haqqı yığımı 41 mln. 697 min 409,06 manat (artım 35,4%) təşkil edib.
Xidmətin məlumatına görə, hesabat dövründə sığorta haqlarının strukturunda tibbi sığorta üzrə 34 mln. 342,074 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 7 mln. 563,2777 min manat, həyatın yığım sığortası üzrə 16 mln. 56,236 min manat, əmlakın yanğın və digər risklərdən sığortası üzrə 7 mln. 123,594 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 15 mln. 152,821 min manat əldə edilib.
Bundan başqa, yanvar-mart ayları ərzində yüklərin sığortası üzrə 3 mln. 6,493 min manat, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 5 mln. 723,484 min manat, hüquq mühafizə və məhkəmə orqanlarının əməkdaşlarının icbari sığortası üzrə 2 mln. 576,587 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə 3 mln. 357,137 min manat əldə edilib.
Sığorta haqlarının qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
2015-ci ilin yanvar-mart ayları ərzində sığortaçılar 35 mln. 748 min 944,41 manat məbləğində ödəniş ediblər ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 25,1% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər 25 mln. 910 min 513,12 manat (artım 30,5%) təşkil edib. Bununla yanaşı, həyat sığortası üzrə 6 mln. 565 min 749,6 manat (artım 4,6 dəfə), digər könüllü sığorta növləri üzrə 19 mln. 344 min 763,52 manat (artım 4,9%) ödəniş həyata keçirilib.
2015-ci ilin birinci rübündə icbari sığorta növləri üzrə ödənişlər 9 mln. 838 min 431,29 manat (artım 12,9%) təşkil edib.
Birinci rübdə tibbi sığorta üzrə ödənişlər 11 mln. 960,994 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 6 mln. 163,942 min manat, həyatın yığım sığortası üzrə ödənişlər 5 mln. 817,685 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə ödənişlər 1 mln. 372,6 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 7 mln. 257,311 min manat təşkil edib.
Ödənişlərin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət