Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilərin böyük sülh sazişi üzərində işə başlamağa dair çağırışlarına Ermənistanın əhəmiyyət verməməsi problemin həllinə əngəl törədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində bildirib.
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin böyük sülh sazişi üzərində işə başlamağa dair israrlı çağırışlarına baxmayaraq, Ermənistan çağırışlara məhəl qoymadığına görə iş ölü nöqtədən tərpənmir”, - deyə nazir qeyd edib.
O bildirib ki, Azərbaycan dəfələrlə böyük sülh sazişi üzərində işə başlamağa hazırdır.
“Hesab edirik ki, bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri sülhməramlı missiyalarında Ermənistanı sülhə məcbur etməklə bağlı tədbirlər görməlidirlər. Bu gün beynəlxalq asayişin qızğın pozucularına qarşı bu cür yanaşmaya dair çox misallar çəkmək olar”, - deyə E.Məmmədyarov bəyan edib.
Ermənistanın beynəlxalq hüquq norma və prinsipləri və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı qanlı etnik təmizləmə ilə müşayiət olunan hərbi təcavüz həyata keçirdiyini xatırladan nazir vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri bütün mövcud hüquqi normaları pozaraq işğal olunmuş torpaqlarda İrəvandan yüksək rütbəli şəxslərin iştirakı ilə hərbi təlimlər keçirir.
“O cümlədən Suriya və Livandan olan qaçqınların işğal altında olan torpaqlarda məskunlaşdırılması cəhdləri israrla davam etdirilir. Bütün bu ehtiyatsız addımlar və mənfi elementlər münaqişənin sülh yolu ilə nizamlanmasına dair danışıqların gedişini ciddi şəkildə çətinləşdirir”, - deyə XİN başçısı bildirib.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət