Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna ailəsi ilə köçmüş rusiyalı sahibkar German Sterliqovun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“Bəli, biz artıq bu şəxsin adını arzuolunmaz şəxslərin siyahısına daxil etmişik, hazırda onun ətrafında baş verəcək hadisələri izləyirik”, - deyə H.Hacıyev bildirib. O qeyd edib ki, G.Sterliqovun iyulun 13-də Şuşa şəhərində keçirilməsi planlaşdırılan və Rusiya jurnalistlərinin dəvət olunduğu mətbuat konfransı Bakının diqqət mərkəzindədir.
“Bu tədbir barədə bəyanat açıq təxribat xaraketri daşıyır. Biz bu məsələni nəzarətdə saxlayacağıq və kütləvi informasiya vasitələrinin nümayəndələrinə həmin mətbuat konfransında iştirak etməmələri üçün müraciət edirik. Əks halda onların da adları arzuolunmaz şəxslərin qara siyahısına daxil ediləcək. Jurnalistlər yalnız Azərbaycan XİN-də əvvəlcədən akkreditasiyadan keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edə bilərlər”, - deyə H.Hacıyev qeyd edib.
Hazırda arzuolunmaz şəxslərin qara siyahısında 472 nəfərin adı var, onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət