Tehran nüvə tədqiqatları sahəsində Azərbaycan da daxil olmaqla, bütün ölkələrlə əməkdaşlıq üçün açıqdır. Bu barədə İranın Bakıdakı səfiri Möhsün Pakayin bəyan edib.
“Hesab edirik ki, hamının dinc məqsədlərlə nüvə tədqiqatları aparmaq hüququ var. Bu sahədə bütün ölkələrlə, eləcə də Azəbaycanla əməkdaşlığa hazırıq”, - deyə o, çərşənbə günü brifinqdə “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan və İran bir sıra mühüm layihələrin, xüsusilə də nəqliyyat və yanacaq-energetika kompleksi sahəsində layihələrin birgə reallaşdırılmasını müzakirə edirlər. “Nəqliyyat sahəsində Rəşt-Astara dəmir yolu layihəsinin başa çatması prioritet məsələdir. Neft və qaz sahəsində bir sıra mühüm layihələri müzakirə edirik və zamanı gələndə bu layihələr barədə açıqlama verəcəyik. Bundan başqa, energetika sahəsində ciddi işlər aparılır”, - deyə o qeyd edib.
“Avqust ayında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İrana səfər edəcək. Onu özəl sektorun nümayəndələrindən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək”, - deyə M.Pakayin bildirib.
“Bundan başqa, cari ildə Tehranda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçiriləcək. Bu, Azərbaycan və İran arasına iqtisadi münasibətlərin genişlənməsi nümunəsidir”, - deyə səfir vurğulayıb.
O, son 2 il ərzində xüsusilə dinamik inkişaf edən Azərbaycan-İran iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət