İran qonşu ölkələr arasında Azərbaycanla əməkdaşlığa üstünlük verir. Bunu İranın Bakıdakı səfiri Möhsün Pakayin söyləyib.
“Azərbaycan heç bir vaxt İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və ölkənin dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq hüququnu tanıyıb. Bütün bunlar gələcəkdə tərəfdaş seçərkən biizm üçün əsas meyar olacaq”, - deyə M.Pakayin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Bu səbəbdən də qonşu ölkələrdən, xüsusən də dost və qardaş Azərbaycandan investisiya gəlməsini istəyir və alqışlayırıq”,- deyə diplomat qeyd edib.
Onun fikrincə, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bu tarixi dövrdə (İrana qarşı sanksiyaların ləğvi və yumşaldılması dövrü - İf-Az) İrana səfəri böyük əhəmiyyətə malikdir.
“Əslində bu səfər çox vacib bir dövrə təsadüf etdi. Bildiyiniz kimi, Vyanada sazişin əldə olunmasından (İranın “altılıq”la sazişi - İF-Az) bir aydan az vaxt ötüb. Həmin vaxtdan bu, İranın qonşu ölkələrdən qəbul etdiyi və iqtisadiyyat sahəsini təmsil edən ilk nümayəndə heyətidir”,- deyə M.Pakayin vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət