Azərbaycan və İran tikinti materiallarının istehsal həcminin artırılması sahəsində birgə əməkdaşlıq imkanlarına malikdir. İranın Bakıdakı səfiri Möhsün Pakayin buna əmindir.
“Həm Azərbaycan, həm də İranda tikinti materialları - sement, gips, keramikanın istehsal həcminin artırılması sahəsinə birgə sərmayə qoyuluşları mümkündür”, - deyə M.Pakayin “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bundan başqa, diplomat əlavə edib ki, İran, xüsusilə dəmir, filiz, polad, mis və s. kimi böyük həcmdə filiz-mədən ehtiyatlarına malikdir.
“Tərəflər bütün bu amilləri nəzərə alaraq birgə layihələr həyata keçirə bilərlər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, 3-4 avqust tarixlərində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfəri zamanı bütün bu istiqamətlərdə danışıqlar aparılıb.
“Bu müzakirələr Bakıda da davam etdiriləcək. Ümid edirəm ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının şahidi olacağıq”, - deyə M.Pakayin qeyd edib.
Səfir bildirib ki, ənənəvi neft-qaz energetikasından asılılğı azaltmaq məqsədilə Bakı və Tehran alternativ energetika sahəsində əməkdaşlığı nəzərdən keçirirlər.
“Hər iki ölkə ənənəvi neft-qaz energetikasından asılılğı azatlmaq niyyətindədir və alternativ energetika sahəsini inkişaf etdirməyə üstünlük verirlər. Biz bu sahədə əməkdaşlıq layihələrini müzakirə edirik”, - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, uzunmüddətli dövlət proqramına əsasən, gələcəkdə İran günəş enerjisindən 1000 MVt elektrik enerjisi almaq niyyətindədir.
“Müxtəlif ölkələr, o cümlədən Azərbaycan İranda bu sahəyə investisiya yatıra bilər”, - deyə M.Pakayin vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət