Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
"Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığın möhkəm təməlini yaradanikitərəfli münasibətləringeniş müqavilə-hüquqi bazasımövcuddur və iki dövlət arasında hər hansı bir problem yoxdur", - deyə səfirliyin məlumatında bildirilir.
Ukraynanın Müstəqillik Gününün 24-cü ildönümünə həsr olunan bəyanatında qeyd edilir ki, bu gün iki ölkə arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində müvafiq hökumətlərarası komissiyalar və işçi qrupları yaradılıb və fəaliyyət göstərir.
"Sözsüz ki, Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafı prosesində əsas və əlaqələndirici rol yüksək səviyyəli orqan olan Prezidentlər Şurasına ayrılıb. Onun iclasları müntəzəm əsaslarda keçirilir və gündəliyinə Ukrayna-Azərbaycan əməkdaşlığının ən aktual məsələləri çıxarılır", - deyə məlumatda vurğulanır.
Diplomatik nümayəndəlik Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun 7 iyun 2014-cü il tarixində prezident Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak etmək məqsədilə bu ölkəyə işgüzar səfərini Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsinin sübutu hesab edir.
“30 iyun 2014-cü il tarixində Bakıda keçirilən ATƏT PA-nın Siyasi və təhlükəsizlik məsələrinə dair iclasında Rusiya tərəfinin etirazına baxmayaraq, üzvlərin səs çoxluğu ilə Krım Muxtar Respublikası və Sevastopol şəhərinin ilhaqına son qoymağa dair Rusiya Federasiyasına çağırışın daxil olduğu qətnamələrin birinə düzəliş qəbul edilib”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada artan nüfuzu “ilk növbədə, siyasi, həmçinin ticari-iqtisadi, enerji, tikinti, nəqliyyat, aerokosmiok və hərbi-texniki sahələrdə” Ukrayna-Azərbaycan əməkdaşlığının gələcək inkişafı və dərinlşməsi üçün əlavə imkanlar yaradır.
“2014-cü ilin yekunları üzrə Azərbaycan və Ukrayna arasında xarici ticarətin həcmi $674,2 mln. təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, diplomatik nümayəndəlik bildirir ki, Azərbaycan və Ukrayna mədəni-humanitar sahədə də fəal əməkdaşlıq edirlər.
“Bu nöqteyi-nəzərdən, təhsil sahəsində əməkdaşlığın perspektivliyini qeyd etmək lazımdır. Bu isə iki ölkənin ali məktəbləri arasında sıx əlaqələrlə xarakterizə olunur. Nəinki Ukraynanın bir çox ali məktəbi ilə sıx əməkdaşlıq edən, həm də Azərbaycanda Ukrayna mədəniyyəti, ədəbiyyatı, tarixi və ənənələrinin inkiçafı və öyərnilməsi üzrə fəal iş aparan Bakı Slavyan Universitetin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Xüsusilə, BSU nəzdində Azərbaycanda yeganə Ukrayna Mədəniyyət Mərkəzi fəaliyyət göstərir”, - deyə məlumatda vurğulanır.
Qeyd edilir ki, Azərbaycanda Ukrayna mədəniyyətinin əbədiləşdirilməsi və populyarlaşdırılması məqsədilə bu ölkənin görkəmli xadimlərinin xatirəsinə müvafiq heykəllər ucaldılıb. Xüsusilə Zaqatalada T.Q.Şevçenko (rəsmi olaraq 1979-cu ilin iyun ayında açılışı olub), 2006-cı ildə Bakının Qa5radağ rayonunda L.Ukrainkanın büstün, 30 iyun 2008-ci il tarixində Ukrayna və Azərbaycan prezidentləri tərəfindən paytaxtın mərkəzi rayonlarından birində T.Q.Şevçenkonun abidəsinin ucaldılması, o cümlədən, 2009-cu ilin aprel ayında Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakının mərkəzində 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Xüsusi diplomatik missiyasının yerləşdiyi evin önünə xatirə lövhəsinin açılışını qeyd etmək olar.
“Bununla yanaşı, Kiyevdə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin abidəsinin ucaldılması, İrpen şəhərində isə abidəsinin də ucaldığı akademik Zərifə Əliyeva adına parkının açılışı olub. Bu şəhərin mərkəzi küçələrindən birinə də akademik Z.Əliyevanın adı verilib. 28 aprel 2015-ci il tarixində İrpen şəhərində 12 saylı məktəbə akademik Z.Əliyevanın adının verilməsui münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə “Ukrayna-Azərbaycan” Dostluq işçi Qrupunun üzvləri olan Azərbaycan Milli Məclisin və Ukrayna Ali Radanın deputatları iştirak ediblər”, - deyə məlumatda vurğulanır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət