Azərbaycan Pakistanla nüvə və kosmik tətqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında deyilir.
Çərşənbə axşamı Bakıda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Pakistanın Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin görüşü zamanı xüsusilə informasiya-kommunikasiya və yüksək texnologiyalar sahələrində iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlər müzakirə olunub.
Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan Ə.Abbasov sözügedən istiqamətlərin “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətində prioritet xətt təşkil etdiyini vurğulayıb.
Bununla yanaşı, nazir vurğualyıb ki, Azərbaycan Pakistanla əməkdaşlığın nüvə tədqiqatları ilə yanaşı, kosmik və yüksək texnologiyalar sahələrində də genişləndirilməsində maraqlıdır.
Öz növbəsində, M.Börni Azərbaycanda nüvə texnologiyalarının inkişafına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini bildirib.
Bundan başqa, onun sözlərinə görə, Pakistan nəinki Azərbaycanla qeyd ounan sahələrdə qarşılıqlı münasibətlərin dərinləşməsində, həm də insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasında maraqlıdır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət