Azərbaycan və İsrailin ümumi maraqlarının olması beynəlxalq arenada qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən Ermənistanın Bakıya qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünyaya çatdırılması üçün yaxşı imkan yaradır. Qafqaz Tarixi Mərkəzinin şənbə günü verdiyi məlumata görə, bunu Knessetin vitse-spikeri, parlamentin Təhlükəsizlik Komissiyasının rəhbəri Oren Hazan İsrail nümayəndə heyətinin Azərbaycanın bir sıra diaspor təşkilatları, QHT və KİV nümayəndələri ilə görüşü zamanı söyləyib. “İsrail uzun illərdir Fələstinlə uzadılmış münaqişə şəraitində yaşayır, biz erməni təcavüzü nəticəsində Azərbaycanın da üzləşmiş olduğu bu vəziyyəti yaxşı başa düşürük. Şübhə yoxdur ki, Azərbaycan bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınmış öz ərazi bütövlüyünü tamamilə bərpa edənə qədər hərtərəfli mübarizə aparmaq hüququna malikdir. Biz həmçinin İsrail və Azərbaycanın elmi dairələri arasında münasibətləri inkişaf etdirmək istəyirik - bunun üçün yaxşı potensial var və birgə tədqiqat layihələrinin işlənib hazırlanması məqsədi ilə qarşılıqlı səfərlər həyata keçirmək olar”, - deyə O.Hazan cümə günü Bakıda keçirilmiş görüşdə bildirib.
Öz növbəsində “Safadi” Beynəlxalq Diplomatiya Mərkəzinin rəhbəri Mendi Safadi bildirib ki, uzun illərdir İsraildə ictmai-siyasi dairələrdə erməni lobbisinin təsiri ilə mübarizə aparır. “Mənim ofisimə erməni lobbisinin nümayəndələri gəlmişdilər, onlar Knessetdə erməni soyqırımının tanınması təklifini irəli sürməyim müqabilində siyasi karyerama böyük məbləğdə maddi yardımla kömək edəcəklərini bildirirdilər.Onlar həmçinin erməni siyasətinə digr xidmətlərin göstərilməsini də təklif edirdilər. Mən göstəriş verdim ki, onları qovsunlar və bir daha partiyamızın ofisinə buraxmasınlar. Lakin heç də bütün siyasətçilər qazanmaq həvəsindən imtina edə bilmirlər və erməni lobbisi dünyanın müxtəlif ölkələrində bundan istifadə edir.
Mən hər zaman Azərbaycanın tərəfində olmuşam və biz ABŞ Konqresində, Avropa İttifaqının strukturlarında və beynəlxalq təşkilatlarda erməni lobbisinin təsirini neytrallaşdırmaqda Azərbycana kömək və himayədarlıq etməyə hazırırq. Hesab edirəm ki, Azərbaycan ölkələrin və beynəlxalq təşkilatların rəylərinə fəal təsir göstərə bilər, lakin bunun üçün fəaliyyətin əlaqələndirilməsinin aydın planı və bir neçə illər sonraya hesablanmış tədbirlər planı olmalıdır”,- deyə israilli siyasətçi qeyd edib. O söyləyib ki, hazırlanmış fəaliyyət planına əsasən, erməni təcavüzü, Xocalı faciəsi və Azərbaycan tarixi barədə həqiqətlər xarici siyasətçilərin və ictimaiyyətin diqqətinə çatdırılacaq. Xüsusilə fevralın 26-da Xocalı faciəsinin ildönümündə Knessetdəhəmin faciə qurbanlarının anılması üçün 1 dəqiqəlik süküt elan ediləcək, sonra isə bütün siyasətçilər insanlığa qarşı yönəlmiş bu cinayəti müzakirə edəcəklər.
Daha sonra QHT və KİV nümayəndələri çıxış ediblər. Görüşdə əsasən “Safadi” mərkəzi ilə Qafqaz Tarixi Mərkəzi arasında əməkdaşlıq, təcrübə mübadiləsi, həmçinin tədqiqatçıların iki ölkənin elmi mərkəzlərinə qarşılıqlı səfərlərinə dair razılıq əldə edilib. Knessetin vitse-spikeri O.Hazan bildirib ki, Knessetin yaxın günlərdə keçiriləcək iclasında İsraildə ermənilərin Ermənistan-Azərbaycan münaqişəsi və 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə bağlı apardığı lobbiçilik fəaliyyətinin və yol verdikləri spekulyasiyanın araşdırılması üzrə komissiya yaradılmasını təklif edəcək. Vitse-spiker bu komissiyanın iclasına Bakıdakı görüşün iştirakçılarını dəvət etmək niyyətində olduğunu bildirib. Onun fikrincə, bu, erməni siyasətçilərinin Ermənistan-Azərbaycan münaqişəsi və 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələr ətrafında saxtakarlıq etmək cəhdlərinə son qoyacaq.
Görüşdə İsrail və Yaxın Şərqdə Azərbaycan diasporunun yaradıcılarından biri, sülh səfiri Aleks Şapiro-Süleyman, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO/UNİTWIN-nin dosenti Rizvan Hüseynov, Yaxın Şərq üzrə ekspert Əli Hacızadə və başqaları iştirak ediblər.
Görüş zamanı Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov israilli ictimai xadimlərə
AZER-GLOBE İnstitutunun nəzdində fəaliyyət göstərən mərkəz tərəfindən buraxılmış broşürləri, eləcə də politoloq Fuad Axundovun ermənilərin Azərbayacana qarşı ərazi iddialarına həsr edilmiş kitablarını, o cümlədən “İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitabını hədiyyə edib. Bu materiallara görə minnətdarlığını bildirən O.Hazan Şimon Peresin və digər siyasətçilərin Azərbaycan və onun ərazi bütövlüyü barədə geniş yayılmış sitatlarını yüksək qiymətləndirib. “Bu kitab hətta Azərbaycanın tarixi barədə məlumatı olmayan xarici siyasətçilərə respublikanın hansı çağırışlarla üzləşdiyini yaxşı anlamağa kömək edəcək. Belə nəşrlər Azərbaycanın beynəlxalq aləmdə böyük rolu barədə dərhal müsbət fikir yaradır”,- deyə o bildirib.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət