ATƏT Parlament Assambleyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəklərini açıqlayıb. ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanervanın bəyanatında bildirilir ki, bu qərar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına əsasən qəbul edilib.
ATƏT-in saytında verilən məlumata görə, İ. Kanerva bu qərarını ATƏT PA-nın Ulan-Batorda keçirilən iclasında açıqlayıb.
O deyib ki, əgər DTİHB Azərbaycan hakimiyyətinin qoyduğu say məhdudiyyətinə görə öz müşahidəçilərini Azərbaycana göndərməyəcəksə, ATƏT PA da bunu etməyəcək.
“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımız olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işinə məhdudiyyətlər qoyub. Nəticədə DTİHB Azərbaycana nəzərdə tutulan müşahidəçi missiyasını ləğv etməli olub. Hesab edirəm ki, bizim çox vacib və yaxın tərəfdaşımız olan DTİHB seçkiləri müşahidə edə bilmirsə, onda biz də bu seçkini müşahidə etməyəcəyik”, - deyə o vurğulayıb.
ATƏT DTİHB Azərbaycanda seçkilərin monitorinqini keçirmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərməyi planlaşdırmışdı. Lakin rəsmi Bakı bu sayda müşahidəçinin göndərilməsinə narazılığını bildirərək yalnız 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçini qəbul etməyə hazır olduğunu bildirib. Buna cavab olaraq DTİHB müşahidəçi göndərməkdən imtina edib.
Y.Əliyev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət