Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Rəsmi mətbuatın məlumatına əsasən, iclas zamanı prezident bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib.
Onun sözlərinə görə, İslam Həmrəylik Oyunları Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcək və bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan əlindən gələni edəcək.
Bir neçə gün əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzaladığını deyən İ.Əliyev komitəyə rəhbərliyin birinci xanım Mehriban Əliyevaya həvalə olunduğunu bildirib. M.Əliyeva həm “Eurovision”, həm birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər yüksək səviyyədə keçirilib. Xüsusilə, birinci Avropa Oyunlarının nəticələrini qeyd edən dövlət başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğulayıb.
“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”, - deyən prezident Oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığnı, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkənin multikulturalizm mərkəzi olduğunun şahidi oldular.
İ.Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük nüfuza malik “Formula-1” yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırıb.
IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri M.Əliyeva isə əmin olduğunu bildirib ki, Oyunlar yüksək səviyyədə keçiriləcək. M.Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacağını söyləyib. O, iclas iştirakçılarına ilkin hazırlıq işləri haqqında məlumat verib.
Təşkilat Komitəsinin sədri Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi, Oyunlarla bağlı internet portalının hazırlanması planları barədə məlumat verib.
Onun sözlərinə görə, qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Birinci xanım yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya gələcək idmançıların, qonaqların yerləşdirilməsi üçün otellərin sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin olmadığını vurğulayıb.
M.Əliyeva təxminən 10 minə yaxın gəncin könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.
Gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəylik Oyunlarının beynəlxalq standartlara uyğun şəkildə təşkili üçün ölkədə bütün imkanların olduğunu diqqətə çatdırıb.
İclasa yekun vuran prezident İ.Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirib. Dövlət başçısı oyunlara hazırlıqda koordinasiyanın təmin olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi, viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat, yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini vurğulayıb, təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin davam etdirilməsi, Oyunların keçirilməsinə yerli və xarici mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd edib. Oyunlar zamanı geniş mədəni proqramların keçirilməsinin önəmini vurğulayan prezident qonaqlara zəngin və qədim mədəniyyətimizin təqdim olunmasının vacibliyini də bildirib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət