Azərbaycan hesab edir ki, ATƏT və onun strukturlarının, o cümlədənDemokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB)fəaliyyətinin təkmilləşdirilməsinəxüsusi ehtiyac var. Bunu xarici işlər naziriElmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş zamanı bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov DTİHB-nin Azərbaycanda keçiriləcək seçkilərləəlaqədar bəyanatının büronun mandatına zidd olduğunu qeyd edərək, DTİHB-nin tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdəyenidən nəzərdən keçirilməli olduğunu bildirib.
Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməyə toxunan XİN başçısı əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Parlamentində olan bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırıb.
İşğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın bu ilhaqçı siyasətinin münaqişənin həllində başlıca mane olduğunu və regional sülh və təhlükəsizlik üçün təhdid yaratdığını nəzərə çatdırıb. O, münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin fəallıq göstərməsi və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.
Nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar.
Almaniya xarici işlər naziri ATƏT-dən daha çox gözləntilərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırıb.
Görüş əsnasında Suriya böhranı və onun doğurduğu fəsadlar, beynəlxlaq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər və miqrant problemi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət