Mərkəzi Seçki Komissiyası (MSK) 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 882 nəfərin namizədliyini təsdiq edib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
“Bu günədək parlament seçkilərində iştirak etmək üçün 1823 nəfər müraciət edib”, - deyə M.Pənahov cümə günü MSK-nın iclasında bildirib.
Onlardan 572 nəfərin namizədliyi siyasi partiyalar, 62 nəfərin namizədliyi “Azadlıq-2015” seçki bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 1 186 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. MSK 1805 nəfərin namizədliyininirəli sürülməsini təsdiq edib.
“Deputatlığa namizədliyini irəli sürənlərdən 1750 nəfər imza vərəqi alıb. Onlardan 1365 nəfər imza vərəqlərini qaytarıb”, - deyə M.Pənahov qeyd edib.
Qeyd edilib ki, deputatlığa namizədliyi qeydə alınanlardan 213 nəfərinin namizədliyi 14 siyasi partiya, 5 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 662 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb.
MSK sədrinin sözlərinə görə, 110 müşahidəçiyə seçkilərin monitorinqini keçirməyə icazə verilib.
İclasda hakim Yeni Azərbaycan və Ana Vətən partiyalarının səlahiyyətli nümayəndələri də təsdiq edilib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət