Seçki komissiyaları açıq və demokratik seçkilərin keçirilməsi üçün normal şəraitin yaradılması ilə əlaqədar böyük məsuliyyət daşıyır. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bəyan edib.
“Biz peşəkar bilik və təcrübəmizi seçki dairələrinə gələn şəxslərin azad şəkildə iradələrini bildirmələri üçün imkanın yaradılmasına yönəltməliyik”, - deyə o, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı MSK-nın aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində təşkil etdiyi “Trenerlər üçün treninq” zamanı bildirib.
N.Məmmədovun sözlərinə görə, bu məqsədlərin təminatında həm seçki komissiyalarının üzvləri, həm də seçicilər arasında aparılan maarifləndirmə işi böyük rol oynarır.
“Əsas məqsədimiz bütün seçki subyektlərinin, eləcə də seçicilərin maarifləndirilməsidir”, - deyə MSK sədrinin müavini söyləyib.
O qeyd edib ki, son illər Azərbaycanda seçki qanunvericiliyi və seçki prosesinin təkmilləşdirilməsinə böyük diqqət ayrılır.
“MSK seçki və referendumların keçirilməsi üçün zəngin normativ-hüquqi baza yaradıb. Sevindirici haldır ki, vətəndaşların seçkilərə dair məsələlərlə bağlı MSK-ya müraciətlərinin sayı son dərəcə azalıb”, - deyə N.Məmmədov bildirib.
O, seçkilərin keçirilməsi prosesində problemlərin yaranacağını istisna etməyib.
“Biz pozuntuları istisna etmirik, çünki bu böyük proseddə problemlər yaranır. Əsas vəzifəmiz qarşıya çıxan çatışmazlıqları və problemələri aradan qaldırmaq üçün onlara adekvat reaksiya verməkdir”, - deyə o vurğulayıb.
N.Məmmədovun sözlərinə görə, treninqdə 250 trener, yəni 125 dairə seçki komissiyasının hər birindən 2 trener iştirak edir.
“Trenerlər üçün treninq” parlament seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində keiçirilir. Treninq layihəsi ikimərhələlidir. Birinci mərhələdə treninqlər seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilir və 4 gün davam etməsi nəzərdə tutulur.
Sonra MSK nümayəndələri yerlərdə analoji treninqlər keçirəcəklər. Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə oktyabrın 12-dən başlanacaq və treninqlər dairə seçki komissiyalarının inzibati binalarında baş tutacaq.
Maarifləndirmə tədbirləri seçki komissiyalarının dairə və məntəqə komissiyalarının 30 min əməkdaşını əhatə edəcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət