Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində tikinti işlərinin tezliklə başa çatmasına ümid edir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bakıda Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvili ilə birgə mətbuat konfransında söyləyib.
“Bakı-Tbilisi-Qars dəmir yolu çox vacib nəqliyyat dəhlizidir və biz bu layihənin aktivləşdirilməsi istiqamətində səyləri gücləndirmək barədə razılığa gəlmişik”, - deyə E.Məmmədyarov bildirib.
“Gürcüstan bu layihədə öz hissəsinin tikinti işlərini başa çatdırıb. Biz ümid edirik ki, bu ilin sonu, gələn ilin əvvəlinə Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolundakı öz hissəsinin tikinti işlərini başa çatdıracaq”,- deyə XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan bu layihənin gerçəkləşməsində maraqlı olduqları üçün bu layihəni birlikdə dünyaya təqdim etməlidirlər.
İkitərəfli münasibətlərin inkişafı məsələsinə toxunan nazir qeyd edib ki, Bakı və Tbilisi arasında strateji əməkdaşlıq gündən günə artır.
O, həmçinin 2016-cı ilin əvvəlində Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın növbəti iclasının keçiriləcəyi barədə məlumat verib.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət