Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi parlament seçkilərinin keçirilməsi zamanı mümkün kiberhücumlardan tam qorunub. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov MSK sədri Məzahir Pənahovla birgə keçirilən mətbuat konfransında bəyan edib.
“Biz noyabrın 1-də Milli Məclisə seçkilər zamanı mərkəzi informasiya sisteminin kiberhücumlardan müdafiə olunması məqsədi ilə bütün səylərimizi səfərbər edirik”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bunun üçün təhlükəsizliyin təminatı üzrə 3 sistem mövcuddur.
“Biz tam rahatıq, çünki hətta kiberhücumun həyata keçirilməsinə cəhd olunarsa, xarici tərəfdaşlarımızın yardımı ilə mərkəzi informasiya siseminin işinə müdaxilə olunmasına imkan verməyəcəyik”, - deyə Ə.Abbasov qeyd edib.
O vurğulayıb ki, seçkilərin texniki təchizat bazası hər il təkmilləşdirilir.
“Seçki dairələrinin 20%-də yaradılan şərait müxtəlif ölkələrin nümayəndələrinə Azərbaycana səfər etmədən kompüter və qadjetlər vasitəsilə 1 min seçki məntəqəsində onlayn rejimdə səsvermə prosesini və səslərin hesablanmasını müşahidə etmək imkanı yaradır”, - deyə Ə.Abbasov bildirib.
“Hər beş seçki məntəqəsindən bir quraşdırılan veb-kameralar Azərbaycanda keçirilən seçkilərin şəffaflığını təmin edirlər”, - deyə MSK sədri M.Pənahov öz növbəsində vurğulayıb.
Onun sözlərinə görə, onlayn kameralar ölkənin bütün ərazisini əhatə edir.
“Beləliklə, dünya ictimaiyyəti hər hansı akkreditasiyadan keçmədən Yer kürəsinin istənilən nöqtəsindən Azərbaycan Milli Məclisinə seçkiləri izləyə bilər”, - deyə o qeyd edib.
Mətbuat konfransında bildirilib ki, 125 seçki dairəsindəki 5415 seçki məntəqəsinin hər birində telefon əlaqəsi qurulub. 1 min seçki məntəqəsində veb-kameralar quraşdırılıb, onların vasitəsilə noyabrın 1-də parlament seçkiləri zamanı səsvermə prosesini və səslərin hesablanmasını onlayn rejimdə izləmək mümkün olacaq. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində 35 seçki məntəqəsində onlayn kameralar quraşdırılıb. Ölkənin yüksək dağlıq regionlarında da seçki dairələri kameralarla təchiz olunub.
Seçkilər günü səsvermənin gedişi haqqında məlumat və görüntülər operativ olaraq veb- kameralardan MSK-da yerləşən mərkəzi informasiya məntəqəsinə daxil olacaq.
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət