ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 30-dan noyabrın 4-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən məlumat verilib.
Səfər “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində həyata keçiriləcək.
Sinay məbədinin nümayəndə heyəti oktyabrın 30-da və 31-də Dağ Yəhudiləri və Avropa Yəhudiləri sinaqoqlarında Bakıdakı yəhudi icması ilə birgə Şabat ibadətini həyata keçirəcəklər.
Oktyabrın 31-də qonaqlar İçərişəhərlə tanış olacaq və Avropa Yəhudiləri Sinaqoqunda toplaşacaqlar.
Noyabrın 1-də səhər saatlarında Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçiriləcək. Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanacaq.
Qubada qonaqlar Soyqırım Memorialını ziyarət edəcəklər. Nümayəndə heyətinin Qubadakı Qırmızı Qəsəbəyə səfəri, həmçinin burada Dağ Yəhudiləri İcması ilə görüşü, Yəhudi məktəbinə və sinaqoquna ziyarəti planlaşdırılıb.
Noyabrın 2-də BBMM-də millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla ilə görüş keçiriləcək.
Səfərin sonrakı günlərində nümayəndə heyətinin xarici işlər naziri Elmar Məmmədyarov, İsrail və ABŞ-ın Azərbaycandakı səlahiyyətli səfirləri Dan Stav və Robert Sekuta ilə, Qafqaz Müsəlmanların İdarəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiyaların, eləcə də Dünya Yəhudilərinə Humanitar Dəstək Təşkilatı və Yəhudi Agentliyinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Mərkəzdən bildirilib ki, bu ilin fevralında Azərbaycan nümayəndə heyəti Los-Ancelesdə yaşayan Sinay məbədinin yəhudiləri ilə görüşüb. Həmin nümayəndə heyətinin tərkibində dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də təmsil olunmuşdu. Azərbaycan nümayəndə heyətinə müqəddəs Tövrat kitabı hədiyyə edilmişdi.
M.Yevdayev ABŞ-a səfəri zamanı qeyd etmişdi ki, 2000 il ərzində dağ yəhudiləri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Müsəlman dövləti olan Azərbaycanda sinaqoqun inşasına milyonlarla dollar vəsait ayrılır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət