ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməsinə dair Bakının növbəti dəvətindən imtina etməsi respublikanın bu təşkilatla münasibətlərini təkrar gözdən keçirməsinə səbəb ola bilər. Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bəyan edir.
“Bu, Azərbaycan nümayəndə heyətinin ATƏT təsisatının təşkilata üzv ölkəyə qarşı həyata keçirdiyi siyasətin yolverilməz olduğuna işarə etmək üçün son cəhddir. Azərbaycan tərəfi bir daha bəyan edir ki, əgər ölkə hökumətinin ATƏT-in qərarları və DTİHB-nin mandatına uyğun olaraq istədiyi yardım seçkilər günü təmin olunmazsa, o zaman Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi DTİHB-yə münasibətini yenidən nəzərdən keçirəcək”, - deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, ATƏT DTİHB Azərbaycanda seçkilərin monitorinqini keçirmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərməyi planlaşdırmışdı. Lakin rəsmi Bakı bu sayda müşahidəçinin göndərilməsinə narazılığını bildirərək yalnız 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçini qəbul etməyə hazır olduğunu bildirib. Buna cavab olaraq DTİHB müşahidəçi göndərməkdən imtina edib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət