Prezident seçkilərindən fərqli olaraq parlament seçkilərində seçicilərin daha az fəallığı müşahidə olunur, lakin bu seçkilər seçicilərin təkrar səs verməmələri üçün texnoloji cəhətdən çox yaxşı təşkil olunub. Bunu seçicilərin hüquqlarınınqorunması üzrə “Vətəndaş nəzarəti” Qeyri-Kommersiya TəşkilatlarıAssosiasiyasının həmsədri, İnsan Hüquqları Şurasının üzvü Aleksandr Brod söyləyib.
“Mən Bakıda və Bakıətrafı qəsəbələrdə bir neçə seçki məntəqəsində oldum. Seçki komissiyaları dəqiq işləyirlər. Hər bir məntəqədə səsvermə üçün şəffaf qutular qoyulub və çoxlu sayda səsvermə kabinələri quraşdırılıb. Demək olar ki, hər yerdə seçki məntəqələrinin girişi önünüdə “exit-poll” qrupları işləyir”, - deyə beynəlxalq müşahidəçilər missiyasının iştirakçısı A.Brod telefonla “İnterfaks” agentliyinə bildirib.
Ekspertin qiymətləndirmələrinə görə, bu seçkilərdə seçicilərin fəallığı prezident seçkiləri ilə müqayisədə azdır.
“Bakıətrafı qəsəbələrdə səhər saatlarında iştirak yüksək idi. Bakının özündə isə məntəqələrin açılış saatlarında adam az idi. İlkin məlumatlara görə iştirakçılar seçicilərin 12%-ni təşkil edir. Mənə belə gəlir ki, əhali parlament seçkilərində prezident seçkilərində olduğu qədər fəal iştirak etmir”, - deyə agentliyin müsahibi bildirib.
“Partiyalar və namizədlər barəsində informasiya əsasən KİV-lər və televiziya ilə yayılıb. Mən seçki məntəqələrində namizədlər barəsində məlumat görmədim. Bakı ərazisində də məlumat vərəqləri azdır. Bannerlərə də rast gəlmədim. Hər bir məntəqədə ən azı 6 müşahidəçi var. Müntəzəm olaraq beynəlxalq müşahidəçilər gəlirlər”, - deyə o bildirib.
A.Brodun sözlərinə görə, seçkilərin təşkilatçıları təkrar səsverməyə yol verilməməsi üçün maraqlı texnologiyadan istifadə edirlər. Bu, seçicinin fərdi məlumatlarına heç bir təhlükə törətmir. “Təkrar səsvermənin qarşını alan yenilik var və “barmaqların işarələnməsi” adlanır. Vətəndaş seçki məntəqəsinə gələrkən onun sağ əlinin baş barmağı xüsusi cihazla işıqlandırılır. Qeydiyyatın nəticələrinə əsasən baş barmağa xüsusi maye vurulur. Bu, təkrar səsvermənin qarşısını alır.
“Bu, maraqlı təşəbbüsdür və seçicinin fərdi məlumatlarına heç bir zərər vermir”,- deyə A.Brod əlavə edib.
Müşahidəçi əlavə edib ki, seçicilər Rusiya ilə siyasi əməkdaşlığın sabitliyi və davam etdirilməsini istəyirlər. “Mənim söhbət etdiyim seçicilərin çoxu bildirdi ki, onlar indiki prezidentin yürütdüyü siyasi kursdan razıdırlar və onlar sabitlik üçün səs verməyə hazırdırlar. Çoxları prezidentə yaxın olan partiyanı dəstəkləmək niyyətindədir və Azərbaycanın Rusiya ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətini bəyəndiklərini bildirərək Qərbin Azərbaycana qarşı sərt təzyiq göstərməsini anlamadıqlarını deyiblər”, - deyə A.Brod qeyd edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət