Əksər hallarda “exit-poll”un məlumatları seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bunu seçkilərdə “exit-poll” keçirən “Rəy” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov söyləyib.
“Sosiologiya standartlarına əsasən, səhihliyi 90-95% təşkil edən nəticələr statistik cəhətdən etibarlı hesab olunur. 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində bizim “exit-poll”un nəticələri MSK-nın rəsmi məlumatları ilə 2-3% xəta payı olmaqla üst-üstə düşmüşdü”, - deyə R.Abbasov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Monitorinq Mərkəzinin rəhbəri əmindir ki, Azərbaycanda parlament seçkilərinin majoritar sistem üzrə aparılmasına baxmayaraq, hər bir seçki dairəsində müxtəlif namizədlər arasındakı fərqin 3% xəta payı (statistik xəta həddi) təşkil etdiyi dairələrdə də “exit-poll”un göstəriciləri rəsmi məlumatlara uyğun gələcək. “Əgər bu gün hansısa dairədə namizədlər yan-yana gedərsə, onlar arasındakı fərq “exit-poll”un yekunlarına əsasən statistik xətadan az olarsa, bu, MSK-nın rəsmi nəticələri ilə üst-üstə düşməyə bilər. Belə olan halda hər bir bülleten vacib rol oynayır və “exit-poll”a MSK-nın nəticələrinin eyni olması fakt deyil”, - deyə R.Abbasov əlavə edib. Bununla yanaşı, o deyib ki, 2004-cü ildə ABŞ-da prezident seçkiləri zamanı “exit-poll” göstəricilərinə əsasən Demokrat Partiyasından namizəd olan Con Kerri Corc Buşu 3 mln. səslə ilə geridə qoyaraq əminliklə liderlik edirdi, lakin nəticədə eyni səs fərqi ilə ona məğlub oldu. “Exit-poll”un məlumatları C.Kerrinin qələbə qazandığını göstərirdi (48,2%-ə qarşı 50,8%), lakin rəsmi məlumatlara əsasən C.Buş qalib gəldi. Səslər yenidən və dəqiqliklə hesablandıqdan sonra onun seçicilərin 50,9%-nin səsini topladığı məlum oldu.
“Bu hadisə tarixə “dəliklərin hesablanması” kimi daxil oldu, o zamanlar bir çox məntəqələrə xüsusi dəlikaçan cihazlar qoyulmuşdu, seçici bu və ya digər namizədin soyadının qarşısında dəlik açırdı. Lakin bir çox dairələrdə bülletenlər uğursuz tərtib edilmişdi, seçicilər bilmədən başqa namizədlərə səs vermişdilər və ya ümumiyyətlə bülletenləri deşməmişdilər”, - deyə R.Abbasov xatırladıb.
“Rəy” Monitorinq Mərkəzi keçirdiyi “exit-poll”un nəticələrini bu gün axşam seçki məntəqələri bağlandıqdan sonra elan edəcək.
Seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi“OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıisə “AJF & Associatesİnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət