Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) müşahidə missiyasının üzvləri ötən bazar günü Azərbaycanda keçirilmiş parlament seçkilərinin şəffaf və azad xarakter daşıdığını qeyd edirlər.
“Şuranın missiyası seçkiqabağı kampaniya və səsvermə günü heç bir pozuntu qeydə almayıb”, - deyə TDƏŞ-nin baş katibinin müavini Ömər Qocaman bazar ertəsi mətbuat konfrasında bəyan edib.
O bildirib ki, TDƏŞ müşahidəçiləri 43 seçki məntəqəsində seçkilərin gedişini izləyiblər.
“Müşahidəçilər inzibati və hüquq-mühafizə orqanları tərəfindən müdaxilə faktları qeydə almayıblar”, - deyə Ö.Qocaman vurğulayıb. Onun sözlərinə görə, ölkədə müşahidəçilərin ədalətli və qərəzsiz işi üçün zəruri hüquqi və təşkilati şərait yaradılıb.
“Səsvermə günü bütün prosedurlar dəqiq və zamanında icra olunub. Kiçik nöqsanlar olub, lakin onlar seçkilərin ümumi nəticələrinə təsir etməyib”, - deyə missiyanın müşahidələrin yekunları üzrə qəbul etdiyi və baş katibin müavininin səsləndirdiyi bəyanatda qeyd olunur.
“Seçkilər azad, demokratik, rəqabət mühitində Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlara uyğun keçirilib”, - deyə sənəddə vurğulanır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət