ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda keçirilmiş parlament seçkilərinin monitorinqində iştirakdan imtina etdikdən sonra bu strukturun keçirilmiş seçkilərin nəticələri barədə fikir söyləməyə əsası yoxdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT/DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur”, - deyəı nazirlik bəyan edib.
XİN əmindir ki, yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir.
XİN bəzi dairələr tərəfindən seçkilərin “boykot” edilməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barəsində əsassız iddiaların irəli sürülməsi və seçkilərin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdlərini, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə qərəzli məlumatlara yer verilməsini tamamilə qəbuledilməz hesab edir.
Həmçinin qeyd olunur ki, seçkilərin keçirilməsi prosesində Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və müşahidəçilər tərəfindən hər hansı xüsusi qanun pozuntusu halı qeydə alınmayıb. Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırıblar.
XİN və MSK tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib.
Nazirlik xatırladır ki, ATƏT/DTHİB Azərbaycan tərəfindən müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib.
“ATƏT/DTHİB-nin birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir”, - deyə bəyanatda deyilir.
XİN vurğulayır ki, ATƏT/DTHİB tərəfindən seçkilərə texniki ekspert qrupunun göndərilməsi barəsində təklifinə də DTHİB tərəfindən qeyri-konstruktiv münasibət bildirilib.
İlkin məlumatlara əsasən, noyabrın 1-də keçirilmiş seçkilərdə hakim Yeni Azərbaycan Partiyası parlamentdə 126 yerdən 69-nu tutaraq qalib gəlib.
ATƏT DTİHB Azərbaycanda seçkilərin monitorinqini keçirmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərməyi planlaşdırmışdı. Lakin rəsmi Bakı bu sayda müşahidəçinin göndərilməsinə etiraz edərək yalnız 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçini qəbul etməyə hazır olduğunu bildirib. Buna cavab olaraq DTİHB müşahidəçi göndərməkdən imtina edib.
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət