Mərkəzi Seçki Komissiyası noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinə əsasən ümumi protokolun təsdiq olunması və dairə seçki məntəqlərindən daxil olan protocol və sənədlərin baxılması və təsdiq olunamsı üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edib.
“Azərbaycanda parlament seçkiləri şəffaflıq şəraitində keçirilib, bu barədə çoxsaylı maşahidəçilər də bəyan edirlər”, - deyə MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkilərin şəffaflığına əsasən 1 min seçki məntəqəsində quraşdırılan veb-kameralar imkan yaradıb. Onların sayəsində insanlar bütün dünyada səsvermə prosesini internet vasitəsilə izlımək imkanı əldə ediblər.
“Əsas ondan ibraətdir ki, Azərbaycan seçiciləri, xalq seçkilərin nəticələrindən razı qalsın. Bu bizim üçün ən vacib amildir. Parlament seçkilərinə qaralamaq cəhdləri iflasa uğradı”, - deyə M.Pənahov bildirib.
MSK sədri vurğulayıb ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər beynəlxalq normalara uyğun olub və bütün dünyada keçirilən seçkilərdən geri qalmayıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Milli Məclisə seçkilərin monitorinqində iştirak etməməsi barədə söz açan M.Pənahov bildirib ki, Azərbaycan bu beynəlxalq təsisatın parlament seçkilərində iştirakında maraqlı olub. Lakin məlum hadisələrdən sonra ATƏT-in rəhbərliyi Azərbaycanda seçkləri izləməkdən imtina etdi.
O qeyd edib ki, seçkilər zamanı cüzi pozuntular baş varib, bundan heç bir dövlət sığortalanmayıb, ancaq bu çatışmazlıqlar seçkilərin nəticələrinə təsir etməyib.
“Seçkilərin normal, demokratik şəraitdə keçirilməsinin təmin olunamsı məqsədilə ölkədə sabitlik olmalıdır. Azərbaycanda isə stabil ictimai-siyasi asayiş qorunub saxlanılır”, - deyə M.Pənahov vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət