Azərbaycan Frasa regionları ilə iqtisadi sahədə əməkdaşlığa maraqlıdır. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə axşamı Bakıda Azərbaycan- Fransa işgüzar görüşündə çıxış edərkən söyləyib.
“İki ölkə arasıda artıq iqtisadiyyat və mədəniyyət sahələrində sıx əlaqələr mövcuddur. Bu əməkdaşlığın genişləndirilməsi üçün vacib amillərdən biri hər iki dövlətin rəhbərlərinin siyasi iradəsi və ölkələrimizin inkişaf potensialının olmasıdır”,- deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda çoxlu sayda Fransa şirkətləri var ki, onlar böyük layihələrin həyata keçirilməsində iştirak edirlər.
“Biz əməkdaşlığın yeni mərhələsində Fransa şirkətlərinin Azərbaycana investisiyalarının artırılması istiqamətində səylərin artırılması barədə razılığa gəldik. Fransa regionları ilə əməkdaşlıq bizim üçün böyük əhəmiyyətə malikdir. Hazırda 12 Azərbaycan və 10 Fransa şəhəri və bir əyalət arasında əməkdaşlıq və qardaşlaşma haqqında saziş imzalanıb, biz bu müqavilə bazasının genişləndirilməsində maraqlıyıq”,- deyə nazir müavini qeyd edib.
S.Həsənova bildirib ki, rəqəmsal iqtisadiyyat, İKT, birgə elmi tədqiqatların aparılması, təhsil, turizm və ASK sahələri Fransa regionları ilə əməkdaşlığın inkişaf etdirilməsində proqritet istiqamətlərdir.
“Bundan əlavə, Azərbaycanda yeni Bakı Beynəlxalq Dəniz Limanı istifadəyə verilib, onun genişləndirilməsi üzrə işlər davam etdirilir. Biz onun tranzit potensialını gücləndirmək istərdik. Fransa bu sahədə böyük təcrübəyə sahibdir və biz bundan istifadə edə bilərik”,- deyə o qeyd edib.
S.Həsənova Fransanın Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Valliniyə
ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyət göstərən fransız şirkətlərinin, eləcə də separatçı rejimlə qanunsuz xartiyalar imzalamış Fransa şəhər və əyalətlərinin siyahısını təqdim edib.O, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu vurğulayıb. A. Vallini öz növbəsində bu məlumatları Fransa Hökumətinin diqqətinə çatdıracağını bildirib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət