Milli Məclisin vitse-spikeri , İnsan hüquqları üzrə parlament komitəsinin sədri Bahar Muradova Rusiya və Türkiyəni, həmçinin iki ölkənin ictimaiyyətini Moskva və Ankara arasında yaranmış gərginliyin dərinləşməsinə imkan verməməyə çağırıb.
“ Biz çox təəssüf edirik ki, onsuz da çox mürəkkəb vəziyyətdə olan bu regionda belə bir insident baş verib, mən çox inanmaq istərdim ki, hər iki dövlətin rəhbərliyi, ictimaiyyəti və xalqları bu insidentin böyük qarşıdurmaya çevrilməsinə imkan verməyəcəklər”,- deyə B.Muradova bazar ertəsi jurnalistlərə bildirib.
Vitse-spiker insidentin nizamlanacağına ümid etdiyini söyləyib.
“Əlbəttə, biz bu insidentdən çox narahatıq, çünki Rusiya ilə strateji əməkdaşlığa söykənən çox gözəl münasibətlərimiz var, Türkiyədə bizim üçün çox yaxın, qardaş ölkədir. Biz bu iki ölkədə baş verən hadisələrə biganə qala bilmərik”,- deyə o vurğulayıb.
Parlamentari söyləyib ki, Azərbaycan Moskva və Anlkara arasında vəziyyətin kəskinləşməməsi üçün özünün bütün imkanlarından istifadə etməyə hazırdır.
“İlk növbədə mən ictimai xadimlərə, ictimaiyyətə və KİV-lərə müraciət edərək vəziyyətin gərginləşməsinə xidmət edəcək bəyanatlardan çəkinməyə çağırıram”,-deyə B.Muradova qeyd edib.
R. Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət