Ukrayna Azərbaycana 2016-cı ilin I yarısında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif edib. Bu barədə Ukrayna Regional İnkişaf, Tikinti və Mənzil-Kommunal
Təsərrüfat Nazirliyinin məlumatında qeyd olunur.
Dünən Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubkonun da daxil olduğu nümayəndə heyəti ilə görüş zamanı gələn ilin birinci yarısında komissiyanın iclasının keçirilməsinə dair razılıq əldə olunub.
“Ukrayna Azərbaycana 2016-cı ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif edib. İclas çərçivəsində Ukrayna-Azərbaycan İşgüzar Forumu da keçiriləcək. Bu forum ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verə bilər, eləcə də iki ölkə arasında biznes əməkdaşlığını aktivləşdirməyə qadirdir”, - deyə nazirliyin mətbuat xidməti G.Zubkoya istinadən xəbər verir.
O əlavə edib ki, Ukrayna Azərbaycanı strateji tərəfdaş və əsas regional oyunçulardan biri hesab edir.
“Biz Azərbaycanla qarşılıqlı maraq kəsb edən bütün sahələrdə, xüsusilə də siyasi, iqtisadi və enerji sahələrində əlaqələrin fəallaşmasında maraqlıyıq”, - deyə baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, Ukrayna yanacaq-energetika, hərbi-texniki və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın aktivləşməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır və Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Ukrayna şirkətlərinin iştirakının dəstəklənəcəyinə ümid edir.
“Ukraynanın tikinti şirkətləri digər xarici şirkətlərlə müqayisədə bir sıra rəqabətə davamlı üstünlüklərə malikdir. Unikal mühəndis həlləri, elm tutumlu tikinti texnikası, yüksək ixtisaslı işçi heyətin olması və işlərin münasib qiyməti – biz bütün bunları tikinti bazarında təklif edə bilərik”, - deyə G.Zubko vurğulayıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət