Milli Məclisin deputatı Fazil Mustafa parlamentin cümə günü keçirilən plenar iclasında yerli KİV-lərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin ünvanına tənqidi fikirlər səsləndirmiş deputat Naqif Həmzəyevlə bağlı məsələ qaldırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Hər bir kəsin müxtəlif siyasi xadimlərin ünvanına tənqidi fikirlər səsləndirmək hüququ var.
Lakin hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyanlara qarşı tənqidi və təhqiramiz ifadələr işlətmək ən azından etik normaların pozulması deməkdir”, - deyə F.Mustafa bildirib.
O, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyini və Milli Məclisi bu məsələyə xüsusi diqqət yetirməyə və N.Həmzəyevlə bağlı qərar qəbul etməyə çağırıb.
“Müasir Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir və dövlətin əsasını qoyanları təhqir etməklə vətəndaş öz ölkəsinə hörmət etmədiyini nümayiş etdirmiş olur”, - deyə F.Mustafa qeyd edib.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu vəziyyətə ölçülüb-biçilmiş münasibət göstərilməsinin vacibliyini söyləyib.
“Baltanı kökündən vurmazdan qabaq vəziyyəti aydınlaşdırmaq lazımdır. Mən Naqif Həmzəyevin müsahibəsini oxumuşam. O deyir ki, belə bir fikir səsləndirməyib və səsləndirə də bilməzdi, çünki ADR-in yaradıcılarından biri haqqında kəskin tənqidi çıxış etmək olmaz. Müsahibəni yazan jurnalist isə əksini iddia edir. Buna görə məsələyə diqqətlə yanaşmaq lazımdır. Deputat və jurnalist bu məsələni öz aralarında müzakirə etməlidir, yalnız bundan sonra bu mövzuda fikir söyləmək mümkündür”, - deyə Z.Əsgərov vurğulayıb.
Daha öncə KİV-lərdə deputat N.Həmzəyevə istinadən bildirilmişdi ki, “o, Məhəmməd Əmin Rəsulzadəni tarixi şəxsiyyət hesab etmir, M.Ə.Rəsulzadə İrəvanı ermənilərə vermiş xaindir”.
N.Həmzəyev isə deyib ki, onun fikirləri “Yeni Müsavat” qəzeti tərəfindən təhrif edilib. Öz növbəsində qəzetin kollektivi əllərində müvafiq səs yazısının olduğunu bildirib.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət