Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında parlamentin Daxili Nizamnaməsinə düzəlişlər edilməsi üzrə qanun layihəsi müzakirə edilib.
“Milli Məclisin Daxili Nizamnaməsinə bir neçə düzəliş edilməsi təklif edilir. Bu düzəlişlər parlamentin fəaliyyətində demokratiyanın təmin edilməsinə xidmət edəcək”, - deyə komitə sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, Daxili Nizamnamənin 36-cı maddəsinə təklif edilən düzəlişlər deputatların parlament komitələrində təmsil olunmaq imkanlarını genişləndirir.
“Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən düzəlişlər deputatlara parlamentin iki komitəsinə üzv olmağa imkan verir”, - deyə Ə.Hüseynli qeyd edib.
Mövcud nizamnaməyə əsasən, hər deputat yalnız bir komitənin üzvü ola bilər. Parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinə təklif edilən düzəlişdə bildirilir ki, “Bir deputat ən çox iki komitənin üzvü ola bilər”.
Komitənin iclasında Nizamnamənin 2-ci maddəsinə təklif edilən düzəlişlərə də baxılıb. Düzəlişlərə əsasən, beşinci çağrış Milli Məclisin ilk plenar iclasında spiker və vitse-spikerlər seçilməlidir. Milli Məclisin mövcud Nizamnaməsində yeni çağırış Milli Məclisin ilk iclasında yalnız parlament sədrinin seçilməsi nəzərdə tutulur.
Daxili Nizamnamənin 12-ci maddəsinə təklif edilən düzəlişlərə əsasən, Milli Məclisin plenar iclaslarında yalnız spiker deyil, həmçinin vitse-spikerlər, komitə və komissiya sədrləri də növbədənkənar çıxış etmək hüququna malik olacaqlar.
33-cü maddəyə təklif edilən düzəlişlərə əsasən, spiker deputatlar arasından gizli elektron səsvermə ilə seçiləcək. Elektron səsvermə sisteminin işində texniki problem yaranarsa, səsvermə əvvəlki kimi bülletenlərdən istifadə etməklə gizli səvermə yolu ilə keçiriləcək.
Həmçinin komitənin iclasında “Milli Məclisin komitələri haqqında” qanuna təklif edilən dəyişikliklərə də baxılıb.
Xəbər verildiyi kimi, beşinci çağırış Milli Məclisin ilk plenar iclasında dörd yeni parlament komitəsinin təsdiq edilməsi və mövcud olan 3 komitənin adının qismən dəyişdirilməsi məsələsinə baxılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının yekunları üzrə Daxili Nizamnaməyə və “Parlament komitələri haqqında” qanuna düzəlişlər layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət