Azərbaycan prezidenti İlham Əliyev Çinin “Huawei” şirkətinin gələcəkdə ölkəmizdə uğurla fəaliyyət göstərəcəyinə əminlik ifadə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Çox şadam ki, “Huawei” Azərbaycanda uğurlu fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir”, - deyə İ.Əliyev Çinə rəsmi səfəri çərçivəsində “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində şirkətin Bakıdakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı zamanı bəyan edib.
Prezident bu yaxınlarda Bakıda keçirilən “Bakutel” sərgisində “Huawei”in stendi ilə tanış olduğunu qeyd edib.
“Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, “Huawei” Azərbaycanda gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcək”, - deyə dövlət başçısı vurğulayıb.
Dövlət başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini və yaxşı nəticələr əldə olunduğunu bildirib. İ.Əliyev vurğulayıb ki, “Huawei” şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Həmin şirkətdə həm yerli, həm də Çin mütəxəssisləri çalışır.
Prezidentə məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.
Bundan başqa, prezident İ.Əliyev cümə axşamı Pekində Paytaxt Muzeyi ilə də tanış olub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət