Bu günlərdə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında tanınmış özbək yazıçı-publisisti Şöhrət Salamovun (Şöhrət Barlas) «Türküstan və Cənubi Qafqaz XIX-XXəsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək» adlı növbəti kitabı rus dilində çapdan çıxıb. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidməti məlumat verir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.
Ş.Salamovun bu kitabı həmin aktual mövzuya toxunmaqla beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin genezisinə, onun XIX-XX əsrlərdə türk mənşəli xalqlara, müsəlmanlara qarşı həyata keçirdiyi kütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib. Arxiv sənədlərinə əsasən, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərini bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırım aktları nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb.
Bundan başqa, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində, burada milli zəmində ədavətin salınmasında Ermənistanın və Özbəkistanda fəaliyyət göstərən erməni millətçi təşkilatlarının da izi müəyyən edilib.
Ş.Salamov etnik türklərə qarşı patoloji nifrətdən qaynaqlandığını sübuta yetirməklə yanaşı, onların lokal xarakter daşımadığını, XX əsrin əvvəllərində Anadoluda və tarixi Azərbaycan ərazilərində törətdiyi qanlı cinayətlərin məntiqi davamı kimi dəyərləndirib, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı və azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq, etnik təmizləmə və vandalizm siyasəti arasında ssenari eyniliyinin və paralellərin olduğunu göstərib.
Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək» kitabının müxtəlif dillərə tərcümə olunması və yayılması da nəzərdə tutulub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət